Kimlərin vaxtından tez pensiyaya çıxmaq hüququ var? - AÇIQLAMA

16:26 07.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda mövcud qanunvericilik vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmağa icazə vermir.

Bunu hafta.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki:

“Bu məsələ parlamentin də gündəmindədir. Çünki dünya təcrübəsində belə bir praktika var ki, insanlar lazımi qədər pensiya kapitalı formalaşdırdıqdan sonra onun müəyyən hissəsindən müəyyən məqsədlər üçün istifadə edə bilərlər. Tutaq ki, kreditlərin ödənilməsi, kommunal xərclərin qarşılanması və s. Hazırda Azərbaycanda yalnız müəyyən kateqoriyaya aid olan işçilərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ var. Amma bu böyük əhali kütləsi içərisində çox kiçik paya mənsub olan insanlara aid edilir. Beynəlxalq təcrübədə isə pensiya ilə bağlı müxtəlif konfikurasiyalar var. Məsələn, vaxtından əvvəl pensiyaya çıxmaq, pensiya kapitalından istifadə,özəl pensiya fondları və s.  Bu təcrübələrin Azərbaycanda tətbiqi üçün hər bir istiqamətin özünəmüvafiq şərait yaradılmalıdır ki, həmin təcrübə ölkəmizdə tətbiq olunsun”.

Oxunma sayı 137