Kişi işlərində çalışan qadınların sayı sürətlə artır

11:00 27.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan araşdırmalar göstərir ki, on minlərlə kişi səfərbərlik yolu ilə orduya çağrıldıqdan sonra qadınların ənənəvi olaraq kişilər tərəfindən daha çox görülən işlərə tələbləri artıb.

Hafta.az-ın "Avito Rapota" portalına istinadən yazdığına görə, qadınların logistika, tikinti, nəqliyyat və İT sahələrində iş elanları üçün etdiyi müraciətlər bir ildə orta hesabla 40 faiz çoxalıb. Məsələn, keçən il logistika sahəsində elanlar kişilərə nisbətən qadınlar arasında daha populyar olub. 2021-ci illə müqayisədə bu reklamlara tələbatda 54 faiz artım olub.

İnşaat sektorunda qadınlar daha çox mexanik, kran operatoru, suvaqçı və rəngsaz kimi iş axtarırlar. Həmin dövrdə qadınların bu elanlara müraciətləri 1,5-2 dəfə artıb.

İT sektorunda qadınlar ötən il 36 faiz çox iş üçün müraciət ediblər.

İnsan resursları üzrə ekspertlər qadınların “kişi işlərinə” marağının artmasının əsas səbəblərindən birinin hərbi əməliyyat və qismən səfərbərliyin olduğunu deyirlər.