Kiyev yeni hava hücumundan müdafiə sistemi alıb

20:27 28.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kiyev Ukrayna paytaxtını kamikadze dronlardan qorumalı olan yeni hava hücumundan müdafiə sistemi alıb. Hafta.az Strana.ua-ya istnadla xəbər verir ki, bunu şəhərin meri Vitali Kliçko deyib.

"Hərbçilər məni əmin etdilər ki, indi yeni hava hücumundan müdafiə texnikası paytaxta gəlib. Səma daha da qorunacaq. Ümid edirik ki, kamikadze pilotsuz təyyarələrlə hücumlar və təxribatlar bundan sonra baş verməyəcək", - mer deyib.