KKTC-dən Cənubi Kiprə keçmək istəyən miqrantlar çətin durumda qalıblar

09:43 13.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətindən (KKTC) Cənubi Kiprə keçməyə çalışan 30 immiqrant Yaşıl Xətt-də ilişib qalıb.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, immiqrantlardan 13-ü suriyalı, qalanları isə Yaxın Şərq, Afrika və Asiya ölkələrindəndir.

Cənubi Kiprin ingilis dilində nəşr olunan “Cyprus Mail” qəzetinin məlumatına görə, bu şəxslərin bəziləri Əfqanıstan, İran, Sudan və Kamerun vətəndaşlarıdır.

Mühacirlərin KKTC ilə Cənubi Kipri bir-birindən ayıran 180 kilometrlik xəttin müxtəlif yerlərində çadırlarda qaldıqları bildirilib.

Cənubi Kiprin prezidenti Nikos Hristodulidis keçən həftə verdiyi açıqlamada, xəttdəki immiqrantlara humanitar yardım edəcəklərini, lakin ölkəyə giriş icazəsi verməyəcəklərini söyləyib.

Hristodulidis “Biz qeyri-qanuni miqrasiya üçün yeni marşrutun yaradılmasına icazə verməyəcəyik” deyib.

Bununla belə, Avropa Komissiyasının sözçüsü Annita Hipper bəyan edib ki, Aİ-yə üzv dövlətlər qanunla hətta bufer zonalarında da sığınacaq tələblərinə icazə verməyə borcludurlar.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Kipr hökumətinin sözçüsü Emilia Strovolidou, mühacirlərin son üç həftədə iki qrup halında Yaşıl Xətti keçdiyini söyləyib.

Bu həftə temperaturun 38 dərəcəyə çatacağına diqqət çəkən Strovolidou, "Bu insanlar təhlükəsizlik və daha yaxşı bir həyat tapmaq üçün ölkələrindən ayrıldılar, ancaq qapalı qaldılar. Qarşıda bizi bir isti dalğası gözləyir" deyib.

Oxunma sayı 211