Bundestaqın deputatı Knut Abrahamın bildirdiyinə görə, hazırda Gürcüstanın Avropaya inteqrasiya prosesi baxımından dönüş nöqtəsidir.
Hafta.az-ın yazdığına görə, Tbilisidə keçirilən mətbuat konfransında Knut Abraham ünvanlanmış suala belə cavab verib: “Başa düşürük ki, Almaniya tərəfindən Gürcüstana yönəlik siyasətin yenidən baxılması prosesi gedir. Bu prosesdə Müdafiə Nazirliyinin hərbi maliyyələşdirilməsinin dayandırılması nə dərəcədə düzgün ola bilər və bu gün Gürcüstan ərazisinin 20 faizini işğal edən Rusiya üçün bu siqnal ola bilərmi?”
Knut Abrahamın sözlərinə görə, bunun konkret yardım baxımından nə demək olduğunu düşünmək lazımdır, çünki Gürcüstanın Avropaya, Avropanın da Gürcüstana ehtiyacı olması ritorika deyil.
“Konfransda və xarici işlər nazirinin müavini ilə görüş zamanı eşitdiyimiz hər şey onu göstərir ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər yeni yol ayrıcındadır. Bu, həqiqətən də Avropaya inteqrasiya prosesi ilə bağlı dönüş nöqtəsidir. Konkret yardımın və ya başqa layihə baxımından bunun nə demək olduğu barədə diqqətlə düşünməliyik”,- Knut Abraham bildirib.