Kolleclərə qəbul olmaq üçün 21 min 99 nəfər ixtisas seçimi edib - DİM

14:15 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, bu il müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 min 99 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.