Kolumbiya Səfirliyi hər kəsi "Andaki" adlı sənədli filmin müzakirəsinə dəvət edir

18:58 21.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın ölkəmizdəki Səfirliyi hər kəsi iyunun 26-da keçiriləcək "Andaki" adlı sənədli film haqqında müzakirəyə dəvət edir. Bu müzakirə Kolumbiya hökumətinin builki ətraf mühitin qorunmasında ev sahibliyi etməyinin şərəfinə iyun ayı boyunca həyata keçirəcəyi tədbirlərin tərkib hissəsidir.

Hafta.az yazır ki, bulki Ətraf Mühitin qorunmasına dair tədbir biomüxtəlifliyə həsr edilib. Buna görə də, "Andaki" sənədli filminin seçilmiş olması Kolumbiyanın Elm, Texnologiya və İnnovasiyalar Nazirliyinin təşkil etdiyi Kolumbiya Bio Sənədli Filmlər siyahısına daxildir. Bu sənədli filmdə, bir qrup elm adamlarının And dağları və Amazon cəngəlliklərində tarixi biomüxtəlifliyi kəşf edərkən həyatlarını itirən icma üzvlərinə həsr edilmiş hadisələrdən söz açır.

Sözügedən müzakirə bu sahədə mütəxəssis Amazon Elmi Tədqiqat İnstitutunun tədqiqatçısı Nikolas Kastanyo tərəfindən həyata keçiriləcək və tədbir Kolumbiyanın Azərbaycan, Rusiya və Türkiyədə akreditə edilmiş səfirliklərinin iştirakı ilə baş tutacaq.

Tədbir ingilis dilində online şəkildə birbaşa yayimla iyunun 26-da, Bakı vaxti ilə saat 17:00-da baş tutacaq. Tədbirdə iştirak etmək üçün, aşağıda qeyd edilən linkdən öncədən qeydiyyatdan keçməyiniz vacibdir.

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=e1S0GcQyMkymbQ9pAT9hWpkosndF40ZMjFZu8nd2TZxUNjJEU0dNME5JMUwyQUwxOEowN0NJWkZaVS4u

Qeydiyyat 24 iyunda Bakı vaxtı ilə saat 17:00-da bağlanacaq.