Kolumbiyadakı partlayışda 11 nəfər ölüb

13:59 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11 mədənçi ölüb, 4 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, partlayış şənbə günü günortadan sonra Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib.

Meyitlər Texniki İstintaq Korpusunun agentləri tərəfindən hadisə yerindən götürülüb. 

İlkin məlumata görə, faciəyə səbəb kömür tozunun partlaması olub. 

Oxunma sayı 30