Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

11:08 17.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

 

Bu haqda hafta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, “112" qaynar telefon xəttinə Gəncə şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Gəncə Regioal Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş avtomobilində təmir işləri apararkən barmağının mühərrikin içində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa müvafiq köməklik göstərilərək xilas edilib .