Yazını böyüt
Yazını kiçilt
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Adam Kinzinger Ukraynada kütləvi qırğın silahlarından istifadə olunarsa, onu müdafiə etmək üçün ABŞ qoşunlarının yerləşdirilməsinə icazə verən qətnamə layihəsi təqdim edib.
Hafta.az-ın məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.
"Düşünmürəm ki, indi Ukraynaya qoşun göndərməliyik. Mən sadəcə silahlı qüvvələrdən istifadəyə icazə verən sənədi baxılması üçün təqdim etdim. Bu, Ukraynada nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə olunarsa, prezidentə bu seçim verəcək", - deyə Konqress üzvü izah edib.