Koreya səfirliyi 100-ə yaxın şagirdə dərs ləvazimatları seti hədiyyə edib

17:30 18.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi Qaçqın və Məcburi Köçkülərin İşləri üzrə Dövlət Komitəsini ziyarət edərək “2022-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək Tədbiri”ni təşkil edib.

Hafta.az-ın yazdığına görə, tədbir çərçivəsində səfirlik və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə qaçqın və məcburi köçkün məktəblilər arasında Koreya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsi təşkil edilib. Müsabiqəyə qatılan 100-ə yaxın şagirdə Koreya səfirliyi tərəfindən dərs ləavizmatları seti hədiyyə edilib, seçilmiş 10 əsər Komitənin həyətində sərgilənib.

Həmçinin bu il ərzində Koreya Səfirliyi tərəfindən qaçqın və məcburi köçkün məktəbliləri üçün 200 min dollar dəyərində noutbuk, tablet, printer və s. daxil olmaqla 240 ədəd tədris resurslarının təqdim edilməsi nəzərdə tutulur və bu lahiyənin təhvilvermə mərasimi də bu gün Koreyanın Azərbaycandakı səfiri Li In Yonq və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Koreya səfirliyi 2014-cü ildən bəri Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərə dəstək məqsədli tədbirlər həyata keçirir.