Koreya səfirliyi “Azərbaycanda 2021-ci il onlayn K-POP Festivalı” təşkil edib

13:15 30.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının Azərbaycandakı səfirliyi 7 - 20 iyun tarixlərində “Azərbaycanda 2021-ci il onlayn K-POP Festivalı” keçirib.

Koreya səfirliyindən Hafta.az-a verilən məlumata görə, Koreya Respublikası Xarici İşlər Nazirliyinin hər il dünyanın 80-ə yaxın ölkədə təşkil etdiyi K-POP Festivalı bütün ölkələrdə Koreya mədəniyyətini sevənlər üçün bayram olmaqla yanaşı, K-POP-u sevən istənilən xarici ölkə vətəndaşının iştirak edə biləcəyi, seçimlər əsasında əsas finala qədər gedərək qalib gələ biləcəyi bir yarışdır.

Bu il festivalda 100-ə yaxın komanda iştirak edərək öz məharətini göstərib, "Start TV"nin dəstəyi, xoreoqraf Emin Useynov və aparıcı İsgəndər İbrahimin münsif olaraq iştirakına əsasən 5 komanda qalib seçilib. Aşağıda qeyd edilən linkə daxil olaraq qalib komandaların rəqs ifaları ilə tanış ola bilərsiniz: https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761355

Qalib olmuş 5 komanda həm də oktyabrda Koreyada onlayn şəkildə təşkil ediləcək “2021-ci il Dünya K-POP Festivalı”na qatılmaq şansı qazanıb.

Oxunma sayı 2107