Koronavirus bir çox ölkələrdə səhiyyə sisteminin həddən artıq yüklənməsinə səbəb ola bilər - ÜST

23:50 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində səhiyyə sisteminin həddən artıq yüklənməsinə səbəb ola bilər.

Hafta.az xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martin 30-da Cenevrədə təşkil etdiyi brifinqdə təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası bir çox ölkələrdə səhiyyə sistemində gərginliyə səbəb olub. Səhiyyə infrastrukturu, xəstəxana və tibbi heyətlə bağlı artan tələb bəzi səhiyyə sistemlərinin həddən çox yüklənməsinə gətirib çıxarır.

Qeyd edilib ki, infeksiya hallarının ən yüksək artımı indiyədək ABŞ, İtaliya və İspaniyada müşahidə olunur. Pasiyentlərin, ilk növbədə, nəfəsalma aparatları, dərman preparatları və tibbi maskalara ehtiyacı var. İnfeksiyaya yoluxmuş şəxslərin təcrid olunması üçün yeni xəstəxanalar tikilir və həkimlər gücləndirilmiş rejimdə işləməli olurlar.

ÜST rəhbəri, həmçinin koronavirusla mübarizəyə indiyədək 622 milyon ABŞ dolları həcmində yardım üçün dünya ictimaiyyətinə minnətdarlığını çatdırıb.

Oxunma sayı 34