Koronavirusa görə işini itirdi, milyoner oldu  

14:12 16.04.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Adelaida şəhərinin sakini koronavirus infeksiyasına görə işini itirsə də, lotoreyada bir neçə milyon avstraliya dolları həcmində pul mükafatını udub. 

Hafta.az Daily Star-a istinadla xəbər verir ki, adının açıqlanmasını istəməyən qalib bildirib ki, işini bir neçə həftə əvvəl itirib. Evdə oturduğu müddətdə aldığı lotoreyanın rəqəmləri isə 12 aprel tirajının rəqəmləri ilə üst-üstə düşüb. Qalib qarşıdakı 20 il müddətində hər ay 20 min avstraliya dolları həcmində pul alacaq. Ümumi mükafat isə 5 milyon dollardır.

Qalib bir müddət əvvəl uşaqlarının dünyaya göldiyini, mükafata isə yeni ev alacaqlarını deyib.

"Email adresimi dünən axşam yoxladım. Gördüm ki, udmuşam. Xanımımı oyadıb ona bu xəbəri verəndə sevincindən qışqırdı. Bu çox qəribədir. Dəfələrlə hesabımı yoxladım. İşimi itirdiyim üçün çox stressli idim. Lakin indi xoşbəxtəm. Qalibiyyət bizə tamamilə maliyyə müstəqilliyi verdi".