Koronavirusa qarşı ən effektli antikor kəşf edildi

11:00 10.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Daily Mail" qəzeti xəbər verir ki, ingilis alimlər insanları koronavirusdan qurtarmaq üçün böyük bir elmi kəşfə imza atıblar.

Hafta.az-ın yazdığına görə, mövcud və gələcəkdə yayıla biləcək bütün növ koronavirusların qarşısını almaq üçün sevindirici nəticəyə gəlinib. Alimlərdən ibarət araşdırmaçı qrup Covid-19-a, onun vaxtaşırı yaranan yeni variantlarına və digər koronavirus növlərinə qarşı ən təsirli antikor kəşf ediblər. 

Şimali Karolina Universiteti, Chapel Hill (UNC) və Durhamdakı Duke Universitetinin araşdırma qrupları DH1047 antikorunun virus hüceyrələrinə bağlana bildiyini və onların çoxalmalarını, insanı yoluxdurmasının qarşısını ala biləcəyinə əmindirlər. Uzmanlara görə, yeni tapıntı "süper aşı" fəaliyyətinə də kömək edəcək. Alimlərin əsas məqsədi irəlidə dünyanı gözləyən yeni pandemiyalara hazırlaşmaq, bütün növ koronaviruslara qarşı vahid və konkret aşı hazırlamaqdır. 

Araşdırma qrupuna Beynəlxalq Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu tərəfindən 2,6 milyon dollar maddi dəstək ayrılıb. Uğurlu alınsa, bu aşı "Covid"lə yanaşı MERS və SARS-a qarşı da peyvənd kimi istifadə olunacaq. La Jolla İnstitutunun direktoru doktor Erika Ollman Safireaya görə, davamlı aşı fəaliyyətləri yerinə SARS-CoV-2 varinantlarına və irəlidə yarana bilən yeni növlərə qarşı effektli olacaq bir aşıya ehtiyac var. Bu səbəbdən də qrup, Harvard Universiteti, Brigham və Qadın Xəstəxanası, eləcə də Massaçusets Xəstəxanasının həkimləri ilə bir araya gələrək işləməyə başlayıb. Araşdırmaçılar virus hüceyrələrinin strukturuna dair daha düzgün şəkli aydınlaşdırmaq üçün istifadə edilə biləcək “VFLIP” adlı "Covid" proteininin modelini yaradıblar.

ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzlərinə görə, hazırda bilinən 7 növ koronavirus növü var. "Kovid-19"dan öncə ən çox tanınanı, 2003-cü ildə Çində ortaya çıkan və sürətlə epidemiyaya çeevrilmiş SARS idi. Daha sonra isə - 2012-ci ildə Səudiyyə ərəbistanında MERS yarandı. Bu nadir növ virus ölüm hallarının böyük olması ilə fərqlənib. Belə ki, hər 10 xəstədən 3 və ya 4 nəfəri dünyasını dəyişib. Amma nisbətən az yoluxma göstəricisi nəzərə alınaraq həmin xəstəliklərə qarşı aşı hazırlanmayıb.