Koronavirusa yoluxan Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

12:20 13.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan prezidenti Armen Sarkisyanın səhhəti kəskin pisləşib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirusdan müalicə alan prezident xəstəxanaya yerləşdirilib. Onun yüksək temperatur və ikitərəfli pnevmaniyadan əziyyət çəkdiyi müəyyən olunub. Hazırda o, London xəstəxanalarından birində müalicə alır.

Məlumatı Armen Sarkisyanın ofisi də təsdiqləyib.