SARS-CoV-2 koronavirusu yox ola bilər, çünki bu virusun “qohumları” keçmişdə yox olub, lakin o, həm də mövsümi qrip kimi bir şeyə çevrilə bilər.
Hafta.az xəbər verir ki, bu fikirləri infeksionist Vladislav Jemçuqov deyib.
Onun sözlərinə görə, o qədər də uzaq olmayan keçmişdə bəşəriyyət SARS və Yaxın Şərq tənəffüs sindromu MERS ilə kütləvi yoluxmalarla üzləşib, onların yayılması bugünkü SARS-CoV-2 ilə əlaqəli koronavirusların aktivləşməsi ilə bağlı olub. Lakin SARS və MERS onlara canlılıq verəcək mutasiyaların olmaması səbəbindən “ yox oldu”. SARS-CoV-2-ni də eyni aqibət gözləyə bilər.
Ekspertin fikrincə, ikinci ssenari, insanların fəal şəkildə mübarizə apardığı koronavirusun daha münasib “sahiblər” tapacağını nəzərdə tutur - məsələn heyvanlar, hansı ki, onlara zərər vermədən bədənlərində yaşaya biləcək.
"Məsələn, Ebola virusu bədənlərində yaşadığı böyük yarasaları öldürmür və onların immuniteti də virusu məhv etmir" deyə mütəxəssis izah edib.
Üçüncü ssenari, koronavirus infeksiyasının “ikinci qripə”, yəni mövsümi infeksiyaya çevriləcəyini nəzərdə tutur. "Sonuncu halda, müntəzəm peyvənd bəşəriyyət üçün xilas olacaq", - Jemçuqov bildirib.