Yazını böyüt
Yazını kiçilt
Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Ancaq buna rəğmən yeni təhlükəli mutasiyaların yaranma riski vardır.
Hafta.az-ın xəbərinə görə, bu haqda Ümumdünya Səhiyyət Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Biz deyə bilərik pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib” – deyə Qebreyesus bildirib.
Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər.