Kosovo polisi serb nömrələrinin sahiblərinə qarşı cəzalar tətbiq etməyə başlayıb

15:22 01.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kosovo Online portalı xəbər verir ki, Kosovoda noyabrın 1-nə keçən gecə polis serb nömrələrinin sahiblərinə qarşı cəzalar tətbiq etməyə başlayıb.

Gecə saatlarında Yarine keçid məntəqəsində ilk xəbərdarlıq edilib. Serb Muxtar Bölgəsinə giriş nöqtəsində Kosovo hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil idarə edən qadına serb nömrələrindən istifadə etdiyinə görə xəbərdarlıq ediblər. Bu, gecə yarısından bir neçə dəqiqə sonra baş verib. Bu zaman Priştinanın avtomobillərin yenidən qeydiyyata alınması üçün müəyyən etdiyi müddət başa çatıb.

Kosovonun hakimiyyəti 2022-ci il noyabrın 1-dən Serb qeydiyyat nişanlarını dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Cərimələr 150 avro təşkil edəcək.