Küləkli hava davam edəcək - Faktiki hava

13:08 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əvvəlcədən xəbər verildiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.

Oxunma sayı 43