Külli miqdarda dələduzluq edilib

12:03 13.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10 000 manat, 10 000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.

Araşdırma aparılır.