Kürdə batan şəxsin meyiti tapıldı

11:57 06.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 3 gün əvvəl batan şəxsin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, Şirvan sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun meyitinin Kürün Salyan ərazsindən keçən hissəsində tapıldığı bildirilir.