Kürdəmirdə 56 yaşlı kişinin meyiti tapılıb 

12:27 16.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən hafta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.