Küveyt İsveçdə 100 min Quran kitabı paylayacaq

10:05 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt Nazirlər Şurasının həftəlik iclasında “İsveç xalqına İslamın tolerantlıq dini olduğunu təsdiq etmək üçün” Quranın bu ölkədə paylanması qərara alınıb.

Hafta.az-ın yazdığına görə, baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişi ilə İsveç dilində Qurani-Kərimin 100 min nüsxəsi nəşr olunacaq və daha sonar isveçlilərə paylanılacaq.

Xatırladaq ki, iyunun 28-də İraq əsilli Salvan Momika İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quran kitabını yandırıb. Küveyt buna cavab olaraq İsveçin Küveytdəki səfiri Liselotte Andersona etiraz notası verib.

Siyasət rubrikasından digər xəbərlər