Laçında traktor dərəyə aşdı - ÖLƏN VAR

14:01 08.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçında traktor dərəyə aşıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hafta.az xəbər verir ki, əməliyyat zamanı müəyyən olunub ki, XCMG markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.