“Lada Vesta” ucuzlaşaraq “Largus”la eyni qiymətə satılır

10:48 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada "Lada" markalı avtomobillərin ən çox satılan modeli olan "Vestas"ın qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunub.

Hafta.az-ın “Autonews”-a istinadən yazdığına görə, fərqli xüsusiyyətlərə malik “Lada Vesta”ları bu gün 1 milyon 395 rubla (14200 avro) almaq olar. “Lada”nın digər modeli olan “Largus”un qiyməti 1,3 milyon rubl təşkil edir.

Yeni model “Vesta Sportline”ın Rusiyada satışına ötən ilin noyabrında başlanılıb. Satış qiyməti 2,17 milyon rubl olaraq açıqlanıb.