AvtoVAZ yenilənmiş “Lada Vesta” modelinin satışlarının başlayacağını açıqlayıb. AvtoVAZ-ın yeni Vesta üçün tövsiyə etdiyi ən aşağı pərakəndə satış qiyməti 1,6 milyon rubl (18 min dollar) olaraq açıqlandı.
Hafta.az-ın yazdığına görə, 1.8 EVO mühərriki və avtomatik transmissiyası (CVT) ilə yenilənmiş Vesta-nın satışına martın 11-də start veriləcək.
Bu arada, “Moskviç” zavodu martın 7-dən “Moskviç 3” krossover modelinin qiymətlərinin 712 min rubl ucuzlaşsığını açıqlayıb. Şirkət eyni vaxtda iki fərqli modelin qiymətini aşağı salıb.
Təkcə krossover deyil, həm də “Moskvich 6” sedan modeli də onun qiymətini 490 min rubl ucuzlaşdıraraq daha münasib edilib.
“Moskviç”də bu kəskin qiymət enişi “qiymətin formalaşmasına yeni yanaşma”nın tətbiqi ilə izah edilib. Şirkət kredit və mübadilə kimi ilkin şərtlər olmadan “aydın, sadə və şəffaf qiymətlər” təklif edir.
Moskva istehsalçısının saytında qiymət endiriminin yalnız martın 31-dək qüvvədə olduğu bildirilir və dilerlərdə avtomobillərin sayının məhdud olduğu barədə də xəbərdarlıq olunur.
Hazırda "Moskviç 3" modeli 1 milyon 590 min rubldan 1 milyon 766 min rubla qədər qiymət aralığında satılır. Hansı ki, əvvəllər bu model 2 milyon 220 min ilə 2 milyon 478 min arasında dəyişən qiymətlərlə təklif edilirdi.
Digər tərəfdən, "Moskvich 6" modelinin qiyməti 2 milyon 136 min rubldan başlayır və müxtəlif avadanlıqlarda 2 milyon 626 min rubla qədər satılır. Bu modelin əvvəlki qiyməti 2 milyon 626 min rubldan başlayıb və 3 milyon 116 min rubla qədər yüksəlib.