Yazını böyüt
Yazını kiçilt
Yeni mövsümdə Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək “LANDAU Lions” basketbol komandası təcrübəli basketbolçu Orelik Gediminas ilə yeni müqavilə imzalayıb.
Hafta.az xəbər verir ki, Bakı klubu litvalı basketbolçu ilə 1 illik yeni müqavilə imzalayıb.
Orelik Gediminas ötən ilin avqust ayında komandaya transfer olunub.
36 yaşlı oyunçu karyerası ərzində bir çox klubların şərəfini qoruyub. İki metr boya malik hücumçu müxtəlif vaxtlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb. Gediminas Azərbaycana gəlmədən əvvəl Rumıniya təmsilçisi "Universitatya" klubunda çıxış edib.