Lavrov Qırğızıstan-Tacikistan razılaşmasını alqışladı

21:16 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri Ruslan Kazakbaev və Sirociddin Muhriddin ilə telefon danışıqları aparıb və tərəflərin Qırğızıstan-Tacikistan sərhədində tənzimləmə barədə razılaşmalarını məmnuniyyətlə qarşılayıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

"Rusiya Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq bu prosesə bütün lazımi köməyi göstərməyə davam etməyə hazırdır", - məlumatda deyilir.