Lavrov avropalı diplomatları qəzəbləndirib

19:57 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasını tərk etməsini təhqir kimi qiymətləndirib.

Hafta.az bildirir ki, Borrell öz bloqunda yazıb ki, Lavrov "hamı kimi" əcnəbi həmkarlarını dinləməli idi. Lakin o, çıxışından dərhal sonra iclas zalını tərk edib.

Borrelin sözlərinə görə, Lavrovun BMT Təhlükəsizlik Şurasındakı çıxışı "qeyri-adi" olub, rusiyalı nazirin özü isə "paralel kainatda yaşayır".

“Rusiya xarici işlər nazirinin Nyu-Yorkdakı mövqeyi onun ölkəsinin qaydalara əsaslanan dünya nizamına dərin hörmətsizliyini təsdiqləyir”, - avropalı diplomat bildirib.