Lavrov və Si Tszinpinin oxşar köynəkləri diqqət çəkdi

18:58 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Daily Mail-in jurnalistləri G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin lideri Si Tszinpinin paltarında “sövdələşmə” görüblər.

Həm Lavrov, həm də Tszinpin parlaq bənövşəyi rəngli çiçəkli köynək geyiniblər.

"Çin prezidenti Si Tszinpin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, deyəsən, cəsarətli dəb bəyanatı ilə ölkələrinin dostluq münasibətlərini nümayiş etdiriblər".

Eyni zamanda nəşrin jurnalistləri Böyük Britaniyanın baş naziri Rişi Sunak və kanadalı həmkarı Castin Trüdonun eyni qırmızı köynək geyindiklərini müşahidə ediblər. Onların fikrincə, bu siyasətçilərin sammitdə geyimdə seçilməsi də Ukraynada baş verənlər fonunda birlik nümayiş etdirir.