Lavrovun Azərbaycana səfəri Rusiya tərəfinin istəyi ilə həyata keçirilib - Politoloq

18:38 24.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İyunun 24 -də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Politoloq Mətin Məmmədli hafta.az-a açıqlamasında ilk növbədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin əhəmiyyətini və hansı maraqları özündə ehtiva etməsinə diqqət çəkib.

Politoloq bildirib ki, Lavrovun Azərbaycana səfəri Rusiya tərəfinin istəyi ilə həyata keçirilib.  Onun sözlərinə görə, Rusiyanın bu səfərin təşkilinə bir çox məqsədlər var.  Politoloq o məqsədlərdən biri kimi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsindən ibarət olduğunu deyib.

“Məlum olduğu kimi, fevralın 23-də iki ölkə arasında strateji müttəfiqlik fəaliyyətinə dair memarandum imzalanıb və bu səfərdə məqsəd həmin memarandumun bir çox bəndlərinin həyata keçirilməsi ilə  bağlı Azərbaycan tərəfi ilə müzakirə aparmaqdan ibarətdir.  Eləcə də, məqsəd Ermənistan-Azərbaycan arasında davam edən danışqlar prosesində Rusiyanın rolunu daha da gücləndirməkdən ibarətdir”. 

M.Məmmədli qeyd edib ki, hazırda Rusiya özünün Ukraynada başlatdığı  hərbi kampaniyadan sonra Cənubi Qafqaz regionunda fəalllığını artırmaq istəyir.  Onun fikrincə, bu da son vaxtlar Qərbin aparıcı dövlətləri -Birləşmiş Ştatlar, Avropa İttifaqının, Cənubi Qafqazda xüsusi fəalllıq nümayiş etirməsinə adekvat addımlardandır.

“Rusiya həm Ermənistan - Azərbaycan danışıqlar prosesini, həm də region ölkələri ilə münasibətləri daha da dərinləşdirmək kursunu həyata keçirdir. Rusiya ilə Qərb arasında olan belə bir kəskin münasibətlər fonunda  hər iki tərəf arasında kəskin geosiyasi rəqabət var.  Belə bir münasibətlər fonunda Rusiya çalışır ki, regionun aparıcı dövləti olan Azərbaycanla  münasibətlərini daha da yaxşılaşdırsın.Və son vaxtlar biz müşahidə edirik ki,  Rusiya tərəfindən ölkəmizə qarşı müəyyən müsbət reveranslar həyata keçirilir. Belə ki, bir müddət əvvəl Rusiya 1 kanalında Qarabağ haqqında təxminən 10 dəqiqəlik sujet hazırlanıb verildi. Bu Ermənistanda narazılıq yaratdı. Eləcə də Müdafiə Nazirliyinin saytından "stepanakert" sözü yığışdırılmışdı... Burda da məqsəd ölkəmizlə münasibti daha da yaxşılaşdırmaqdan ibarətdir”.

M.Məmmədli iyunun 24-də xarici işlər nazirləri arasında imzalanan sazişdə əsas məqsədin  hər iki ölkənin informasiya məkanında təhdid xarakteri daşıyan informasiyaların yayılmasınn qarşısını almaqdan  ibarətdir.

“Bu saziş həm ölkəmiz, həm də Rusiya üçün əhəmiyyətlidir. Rusiya üçün daha çox əhəmiyyətlidir. Çünki Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu ölkəyə qarşı daha çox beynəlxalq mediada kampaniya aparılır.  Azərbaycanın bu beynəlxalq kampaniyadan kənarda qalması Rusiyanın marağındadır. Təbıi ki, ölkəmizin də  Rusiyanın informasiya məkanından gələn təhdidlərin qarşısının alınmasına marağı var. Biz görürük ki,  Rusiyada xüsusən Ermənistan lobbi qruplarına bağlı media quruluşları və yaxud ayrı-ayrı siyasi qüvvələr, ölkəmizə qarşı olduqca yalan məlumatlar yayır, ölkəmizin maraqlarına, təhlükəsizliyinə yönələn  fəaliyyət göstəririlər. Yəni bizi də maraqlandırır ki, Rusiya informasiya məkanında belə neqativlərin qarşsı alınsın, məhdudlaşdırılsın”.

Oxunma sayı 201
Siyasət rubrikasından digər xəbərlər