Lənkəranda rabitəçini "tok" vurdu

14:46 12.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

 

Hafta.az xəbər verir ki, bu barədə "Aztelekom"dan məlumat verilib.

 

Bildirilir ki, bu gün “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib.

 

"Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk", - qurumdan qeyd olunub.

Oxunma sayı 91