Lerikdə biçilmiş taxıl sahəsi YANIR

15:52 24.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonunda biçilmiş taxıl sahəsində yanğın baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Tikəband kəndi istiqamətində qeydə alınıb. Yanğın biçilmiş taxıl sahəsindən ərazidəki kol-kos sahəsinə də keçib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. /APA/