Lerikdə torpaq sürüşməsi olub

22:42 23.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi olub.

Hafta.az xəbər verir ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evin hər an uçmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər. Ona görə evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.