Levon Ter-Petrosyan Türkiyə deputatını qəbul etdi… - FOTO

18:08 29.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün, oktyabrın 29-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Türkiyə parlamentinin kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) üzvü, etnik erməni Karo Paylanı qəbul edib.

Hafta.az xəbər verir ki,  bu haqda Ter-Petrosyanın Facebook səhifəsində verilən məlumata görə, iki saatdan çox davam edən söhbətdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərinə toxunulub.

Söhbətdə birinci prezidentin müşaviri Jirayr Liparityan da iştirak edib.