Leyla Əliyeva və Arzu Əliyeva sərgidə - FOTO

11:24 22.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

Hafta.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.