Leyla Əliyevanın kitabı Ukraynada nəşr olundu

18:33 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit tane, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

Hafta.az xəbər verir ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi-tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Oxunma sayı 1365