Yazını böyüt
Yazını kiçilt
“Litva Ukraynada davam edən müharibə cinayətlərinə görə Rusiyaya etiraz edir və Azərbaycanla həmrəydir”.
Hafta.az-ın yazdığına görə, Litva Xarici İşlər Nazirliyi noyabrın 14-dən 17-dək Ukrayna ərazisinin bombalanması ilə bağlı Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası verib.
Notada Rusiyanın 14 noyabr hücumunun 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını kobud şəkildə pozaraq Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan vurduğu da qeyd olunur.