Litva səfirliyinin əməkdaşı Rusiyada persona non-qrata elan edib

19:46 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskva Litva səfirliyinin əməkdaşını persona non qrata elan edib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, diplomat beş gün ərzində ölkəni tərk etməlidir.

Bu gün səhər saatlarında respublikanın Rusiyadakı müvəqqəti işlər vəkili Yurqita Tsibulskiene nazirliyə çağırılıb. Orada Litva tərəfinə “qətiyyətli etiraz elan olundu”.

XİN-in məlumatına görə, bu qərar Litva hakimiyyətinin rusiyalı diplomata münasibətdə hərəkətlərinə cavab olaraq qəbul edilib.

Xatırladaq ki, dekabrın 1-də Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılması barədə məlumat vermişdi. Onun “diplomatik statusa uyğun gəlməyən” fəaliyyətlə məşğul olduğunu dəqiqləşdiriblər.