Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saat 9:36-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində vulkan püskürməsi baş verib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir.
"Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi 4 dəqiqə ərzində davam edib. Vulkanın dərinliyi 3 km olub və cəmi bir püskürmə qeydə alınıb", - deyə Q. Yetirmişli bildirib.trend