Los-Ancelesdə avtomobilı karnaval iştirakçılarının üzərinə sürüb

15:29 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Los-Ancelesdə avtomobilin küçə karnavalının iştirakçıları ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Bu barədə TASS şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

“Alınan məlumatlara görə, avtomobil küçə karnavalı iştirakçılarının izdihamının arasından keçib. Altı xəstə müayinə olunaraq həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya çatdırılıb”, - deyə yanğınsöndürmə idarəsinin məlumatında bildirilir.

Karnavalda yüzlərlə insanın iştirak etdiyi, bəzilərinin isə hadisədən sonra qaçmağa məcbur olduğu bildirilir. Polisin məlumatına görə, “Porsche Cayenne” markalı avtomobilin sürücüsü kortej iştirakçılarını vurub. O, hadisə yerindən qaçıb.

Polis sürücünü saxlamasa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilini tapmağa nail olublar.