Bu insanları lotoreyada böyük uduşlar qazandıqdan sonra xoşbəxt saymaq olardı. Lakin bu şanslı insanlar bilirlər kiÖ xoşbəxtliyi pulla almaq mümkün deyil. Cekpotu udduqdan sonra ya küçədə qalıblar, ya həbs ediliblər, ya da ailələrini itiriblər.
Hafta.az bu cür insanların bəzilərinin talelərini sizlərə təqdim edir.
Kelli Rocer və kokain aludəçiliyi

Kelli Böyük Britaniyanın milli lotoreyasının ən cavan qaliblərindən biri idi. O, 16 yaşında 1,9 milyon funt-sterliq udur. Bu vaxta qədər satıcı işləyən xanım qız pulu sağa-sola xərcləyir. Özünə bahalı evlər alır. Kelli əyləncə gecələri, plastik əməliyyatlara minlərlə funt-sterlinq pul tökür. Nəhayət növbə narkotikə çatır. İndi 33 yaşında olan Kelli kokain asılılığından qurtulmaq üçün reabilitasiya kursu keçir. Etiraf edir ki, cekpot onu hətta intihara qədər gətirib çıxaran bir lənətə çevrildi. İndi udduğu puldan bir qəpik belə qalmayıb.
Maykl Kerrol və Roma tərzi

Maykl Kerrol da 19 yaşında lotoreyada 1,9 milyon funt-sterlinq udur. Dərhal pulu elit evlərə, vaksiyalar və bahalı maşınlara xərcləyir. Bundan sonra o, evində qədim Roma tərzi əyləncələr təşkil etdiyi üçün həyat yoldaşı onu tərk edir. Uduşdan pay almaq məqsədi ilə məhkəməyə üz tutur. Həmçinin Maykl narkotik alverçilərinə də "xidmət" müqabilində böyük pullar ödəyir. 2002-ci ildə milyonçu olan Maykl 2010-cu ildə sosial müavinət alanların növbəsində idi.
Rocer Qriffits və şöhrət ehtirası

Rocer Qriffits və xanımı 2005-ci ildə 1,8 milyon funt-sterlinq udurlar. Uduşu bahalı həyat tərzinə xərcləməklə yanaşı Rocer rok-ulduz olmaq qərarına gəlir, özünün köhnə universitet qrupu ilə birlikdə alboma böyük pullar yatırır. Lakin məşhurluq gəlmir. Bununla yanaşı, oğlan özünün bahalı əmlakını da sığorta etdirməyi unutduğu üçün yanğında hər şeyini itirir. Sonra isə ər-arvad bir-birlərinin həyatını korlamaq iddiası ilə ayrılırlar. İndi Rocer kasıb həyat tərzi sürür. Arvadı Lora isə yaşamaq üçün varlı olduğu zaman aldığı paltarları, aksesuarları satır.
Milyonçu statusundan evsiz statusuna
Keçmiş məhkum Li Rayn 1994-cü ildə 6,5 milyon cekpot udur. Törətdiyi cinayət və oğurladığı maşına görə təzminat ödədikdən sonra normal həyata qayıdır. Özünə bahalı evlər, avtomobillər, hətta şəxsi vertolyot belə alır. Nəticədə bir neçə ildən sonra Li digər evsizlərlə birgə küçədə yaşamaq məcburiyyətində qalır.