“Macarıstan Çinlə strateji əməkdaşlıqdan xeyli faydalanıb” – Peter Siyatro

10:56 10.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Macarıstan Çinlə strateji əməkdaşlıqdan xeyli faydalana bilib”.

Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazir qeyd edib ki, Macarıstan müasir investisiyaların yatırılması ilə nəticələnən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə Avropada ilk dövlət olaraq qoşulub. Məhz bunun nəticəsində ölkədə on mindən çox iş yeri yaradılıb.

“Buna görə də öz təcrübəmizə əsaslanaraq dünyanın bloklanmasına qarşı çıxır, qarşılıqlı hörmət və qaydalara əsaslanan qlobal ticarətin fəaliyyət göstərməsinin tərəfdarıyıq”, - o deyib.

Macarıstanlı baş diplomat qeyd edib ki, Habey əyaləti Avropa - Çin əməkdaşlığında mühüm rol oynayır: hər ay oradan Avropaya min yük qatarı yola salınır. Üstəlik, həmin əyalətdə fəaliyyət göstərən bir neçə şirkət Macarıstana sərmayə qoymağı planlaşdırır.

“Avropa Çinlə əməkdaşlığa ideoloji deyil, praktiki əsaslarla yanaşsa daha yaxşı olardı”, - nazir bildirib.