Maliyyə Nazirli hələ də QHT-lərə Dövlət Dəstəyi Agentliyinə pul ayırmayıb - Açıqlama

13:01 30.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün QHT-lərin maliyə və digər problemləri var. Onun fəaliyyətində müəyyən  fasilələrin olması böyük kadr itkisi, böyük imkanların qurban verilməsi deməkdir. Maddi-texniki bazanın olmaması çox böyük problem yaradan məsələdir.

Bu fikirləri hafta.az-a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni deyib. Onun sözlərinə görə,   bu bazanı dövlət yaratmalıdır:

“Vətəndaş cəmiyyətinin illik təminatı olmalıdır, ona ofis verilməlidir. Elə aparıcı QHT-lər var ki, bizim səsimizi dünyaya çatdırıb lobbiçiliyimizi həyata keçirə bilər. Cənab prezident demişkən biz birlikdə güclüyük. Biz o gücü  ortaya qoymalıyıq. Yoxsa hərəyə bir layihə verib baş qarışdırmaq çıxış yolu deyil. Birincisi, ölkədə layihə təqdim etmək üçün çox məhdud sayda təşkilatlar var. İkincisi, ildə 6 milyon vəsaitlə vətəndaş cəmiyyətindən çox şeylər gözləməməliyik. Ölkəmizə qarşı milyardlarla vəsaitə mübarizə aparanların qarşısına heç olmasa milyonlarla çıxma üçün QHT-lərin əlinə imkan verməliyik.

Azərbaycan müstəqillik əldə edəndən QHT-lər var. Dəfələrə  müraciətlər olub, müzakirələr aparılıb. Bütövlükdə vətəndaş cəmiyyətlərinin problemləri ilə bağlı müxtəlif ekspert dəyərləndirmələri olub. Ölkə prezidentinə müraciətlər edilib. Bir tərəfdən torpaqların işğal altında olması ilə bağlı problemlərimiz var idi. İndi torpaqlar işğaldan azad olunub, təbii ki, ərazilər qurulmalıdır, ora qayıdış olmalıdır. İndi də bu məsələlər var. Bax bütün mənalarda həmişə arxa planda gözləmişik ki, problemlərimiz nə vaxt həll olunacaq.  QHT-lərin  maliyyə problemi, biganəlik, ögey-doğma yanaşmalar var. Bu illər ərzində media nümayəndələri, gənclərlə ölkə prezidentinin görüşləri olub. Prezident bir dəfə də QHT-lə görüşməyib, bu hardan qaynaqlanır nə problem var, nədir məsələ.

Əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, indi də Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev dəfərlərlə Milli Məclisdə məsələni qaldırır. O Milli Məclisdə çıxış eləyib deyirsə ki, Maliyyə Nazirliyi 1 milyon  da vəsairt versin, nazirlik buna heç bir münasibət bildirmirsə, yaxud əlaqədar qurumlar bu məsələlər biganə yanaşırsa nə edə bilərik. Bu günə qədər Agentliyin maliyyəsi verilməyib. Bu çox ciddi məsələdir.

İqtisadiyyat rubrikasından digər xəbərlər