Maqsud Mahmudov Azərbaycana təhvil verildi

10:41 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

Bildirilib ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Oxunma sayı 85