Marketdəki partlayışda xəsarət alanların son durumu AÇIQLANIB

11:15 27.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27.02.2025-ci il tarixində saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən "OBA" marketdə partlayış baş verib.