Marketdən oğurluq edənlər saxlanılıb

13:13 28.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Kürdəmir və Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən marketlərin birindən içərisində 2 000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini S. Muradov, Sabirabad rayon sakinləri R. Tağıyev və əvvəllər məhkum olunmuş S. Niftalıyev saxlanılıblar.

Tağıyevin ətrafında aparılan tədbirlərlə onun Sabirabad şəhəri ərazisində yerləşən daha bir marketdən 909 manat pul oğurlaması da müəyyən edilib.

Oxunma sayı 999