Maşınını aşıran sürücü hadisə yerində öldü

17:49 15.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 14-də saat 20 radələrində Ağstafa rayonunun Göycəli kəndi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.