Mauro İkardi və Vanda Nara boşanır

09:37 10.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara arasında gözlənilməz hadisə yaşanıb. Argentina mətbuatının yazdığına görə, Vanda Nara İnstagram sosial media platformasında İkardini izləməyi dayandırıb. Bundan əlavə, Nara İkardi ilə boşanmaq üçün məhkəməyə müraciət edib.

Hafta.az-ın yazdığına görə, Vanda Nara İkardinin bütün əmlakını ona verməsini istəyir. Daha əvvəl böhran yaşayan cütlük boşanma mərhələsinə gəlsə də, sonradan barışaraq evliliklərini davam etdiriblər. Naranın İkardidən bütün mülkləri tələb etməsi boşanma prosesinin çətin olacağı ilə bağlı şərhlərə səbəb olub.

Nara və İkardi cütlüyü daha əvvəl də böhranlarla gündəmə gəlmişdi. Bir müddət Vanda Nara məşhur müğənni L'Gante-nin klipinə çəkilib və səmimi görüntülər verib. Nara və L'Qantenin videonun çəkilişi zamanı və çəkilişdən sonrakı görüntüləri də mediada geniş işıqlandırılıb. Bu vəziyyət cütlük arasındakı gərginliyi artırıb.